Ayı ər-arvada hücum etdi: Kişi ağır yaralandı
Dünya
Rusiyada ayı ər-arvada hücum edib.
News24.az xəbər verir ki, hadisə Xurtağa kəndindən təxminən iki kilometr aralıda qeydə alınıb. Ər-arvad inəklərini otlaqdan geri gətirmək üçün kənddən kənara çıxıblar və bu zaman qəfildən ayının hücumuna məruz qalıblar.
Qadın təhlükədən qaçaraq kənd sakinlərindən kömək istəyib. Hadisə yerinə gələnlər ayını ərazidən uzaqlaşdırıblar. Hücum nəticəsində ağır xəsarətlər alan kişi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Buryatiya rəhbəri Aleksey Tsydenov bölgədə ayıların insanlara yaxınlaşmasını “anormal” vəziyyət kimi qiymətləndirib və sakinlərə meşəlik ərazilərə getməkdən mümkün qədər çəkinməyi tövsiyə edib.
Hazırda Buryatiyada ayıların daha çox müşahidə olunduğu 12 rayonda 24 xüsusi qrup fəaliyyət göstərir. Məqsəd təhlükəli heyvanların izlənilməsi və insanların təhlükəsizliyinin təmin edilməsidir.