Ayı kişini yedi, meyitini qohumları aşkarladı

Ayı kişini yedi, meyitini qohumları aşkarladı Dünya

Kamçatkada üzərində vəhşi heyvan hücumunun izləri olan insan qalıqları aşkarlanıb.

News24.az xəbər verir ki, kişinin meyiti Korf körfəzinin şimal-şərq sahilinin yaxınlığında, ovçuluq təsərrüfatının yanında aşkar edilib.

Araşdırma zamanı mərhumun şəxsiyyəti müəyyən edilib. Onun 55 yaşlı yerli sakin olduğu məlum olub.

Ölümün dəqiq səbəbini məhkəmə-tibbi ekspertizası müəyyən edəcək.

Məlumata görə görə, meyiti kişinin qohumları aşkar edib, ayı isə zərərsizləşdirilib.