Ayı kişinin kəllə sümüyünü sındırıb burnunu qopardı
Dünya
Rusiyanın Sibir bölgəsində 64 yaşlı balıqçının ayı ilə qarşılaşması ağır xəsarətlərlə nəticələnib.
News24.az xəbər verir ki, bu barədə REN TV telekanalı məlumat yayıb.
Hadisə kişi səhər tezdən balıq tutmağa gedərkən baş verib. Yırtıcı heyvanla qarşılaşan balıqçı ayının hücumuna məruz qalıb. Ayı onun burnunu qoparıb.
Kişi yalnız gecə saatlarında meşədəki daxmaya çatmağı bacarıb.
Həkimlər müayinə zamanı zərərçəkəndə kəllə sümüyünün sınığı və burunun amputasiyasını müəyyən ediblər.
Hadisə ilə bağlı araşdırma aparılır. Kişinin hazırkı vəziyyəti barədə ətraflı məlumat verilməyib.