Müfəttiş ayının hücumuna məruz qaldı: Təxliyəsi 3 gün gecikdi
Dünya
Rusiyada bir qoruqda ayı müfəttişə hücum edib.
News24.az-ın məlumatına görə, 53 yaşlı müfəttiş digər əməkdaşlardan ayrıldıqdan sonra ayının hücumuna məruz qalıb.
Həmkarları ayını qorxudaraq uzaqlaşdırıblar. Hücum nəticəsində müfəttiş çiynindən və budundan xəsarət alıb.
Yaralıya ilkin tibbi yardım göstərilib. Pis hava şəraiti səbəbindən onun təxliyəsi üç gün gecikib.