Ayı turistlərin çadırına hücum etdi - Qadını parçaladı
Dünya
Altay Respublikasının Artybaş kəndində ayı turistlərin çadırına hücum edib.
News24.az xəbər verir ki, ayı çadırda olan turist qadını meşəyə doğru sürükləyərək öldürüb.
Fövqəladə Hallar Nazirliyindən hadisə ilə bağlı açıqlama verilib:
“Turist bazasında çadırda istirahət edirdilər. Ayı qızı çadırdan meşəyə sürütləyib. Onun ətraflarını yeyib və cəsədini torpağa basdırıb. Yerli sakinlər müdaxilə etməyə çalışıblar, amma təəssüf ki, ayı onların da üzərinə hücum edib və heç kim kömək edə bilməyib”, – bildirib.
Məlumata görə, hazırda heyvanla bağlı hansı tədbirin görüləcəyi məsələsinə baxılır.
Ölən qadının 29 yaşı olduğu qeyd edilib.