Aylar sonra Xameneinin görüntüləri yayıldı - VİDEO
Dünya
Bu gün İranın “Mehr” xəbər agentliyi ölkənin ali rəhbəri Müctəba Xameneinin təxminən 12–13 saniyəlik videosunu yayıb. Bu, onun uzun müddətdən sonra ictimaiyyət qarşısında ilk video görüntüsü kimi təqdim olunur.
News24.az xəbər verir ki, Görüntülərdə Xameneinin dini təhsil alan tələbələrlə bir yerdə olduğu görünür. Lakin videonun nə vaxt çəkildiyi açıqlanmayıb.
Xameneinin uzun müddət ictimaiyyət qarşısında görünməməsi son günlər onun səhhəti ilə bağlı müxtəlif xəbərlərin yayılmasına səbəb olub. İran mediasının videonu məhz bu xəbərlərin fonunda yayımlaması diqqət çəkib.
İran mənbələri daha əvvəl Xameneyinin müharibənin ilk günlərində ayağından ciddi xəsarət və üz nahiyəsindən yüngül yaralar aldığını bildirmişdilər.