“Azad edilən İran aktivləri ABŞ məhsullarına xərclənəcək”

“Azad edilən İran aktivləri ABŞ məhsullarına xərclənəcək” Dünya

İrana məxsus azad edilən aktivlər və vəsaitlər yalnız ABŞ-dən ərzaq və kənd təsərrüfatı məhsullarının alınması üçün istifadə olunacaq.

News24.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

Tramp bildirib ki, bu mexanizm vasitəsilə vəsaitlər faktiki olaraq Amerika fermerlərinə geri qayıdacaq.

O, 91 milyon əhalisi olan İranın ərzaq məhsullarına ciddi ehtiyac duyduğunu vurğulayıb.

Bununla yanaşı, İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hemməti məsələ ilə bağlı fərqli mövqe sərgiləyib.

O qeyd edib ki, Tehran mövcud razılaşmalar çərçivəsində ABŞ-dən kənd təsərrüfatı və ərzaq məhsulları almağa məcbur deyil. Hemməti vurğulayıb ki, əgər Amerika məhsulları qiymət və keyfiyyət baxımından digər ölkələrin təkliflərindən daha uyğun olarsa, İran həmin məhsulları almaqda maraqlı ola bilər.