Azərbaycan vətəndaşları Ermənistanda danışmaz əmlak alıb? - Rəsmi
Dünya
Ermənistanda Azərbaycan vətəndaşlarının adına qeydiyyatda olan daşınmaz əmlak yoxdur.
News24.az xəbər verir ki, bu barədə Ermənistanın Kadastr Komitəsi məlumat yayıb.
Məlumata görə, 2025-ci ildə Türkiyə vətəndaşları respublikada cəmi dörd daşınmaz əmlak əməliyyatı həyata keçiriblər.
Türkiyə vətəndaşları İrəvanın Kentron inzibati rayonunda bir mənzil alıblar, eyni zamanda Kotayk vilayətinin Crvej kəndində iki mənzil və bir torpaq sahəsini satıblar.
Həmçinin qeyd olunub ki, 2026-cı ilin yanvar-aprel aylarında Türkiyə vətəndaşları Ermənistanda heç bir daşınmaz əmlak əməliyyatı həyata keçirməyiblər.
Kadastr Komitəsinin məlumatına görə, 2023-cü ildə Türkiyə vətəndaşları Ermənistanda üç mənzil alıblar və onların hamısı İrəvanda yerləşib.
Həmin il Azərbaycan vətəndaşları respublikada daşınmaz əmlak almayıblar.
Qeyd edilib ki, Azərbaycan vətəndaşlı 2022-ci ildə İrəvanda və Lori vilayətində olmaqla iki daşınmaz əmlak obyekti əldə ediblər. /Sputnik Ermənistan/