Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik etdi Dünya

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairi Milli Günü münasibətilə təbrik edib.

News24.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Əlcəzairin Milli Günü münasibətilə Əlcəzair Xalq Demokratik Respublikasının xalqına və Hökumətinə səmimi təbriklər!

Milli Gününüz mübarək!".

Xatırladaq ki, 1954-cü ilin 1 noyabrında Əlcəzairdə Fransa əleyhinə İstiqlal Müharibəsi və milli azadlıq hərəkatı başlayıb.