Qasparyan Solovyovun verilişində Azərbaycanı müdafiə etdi

Qasparyan Solovyovun verilişində Azərbaycanı müdafiə etdi Dünya

Rusiyalı jurnalist və radio aparıcısı Armen Qasparyan Rusiya bloqerlərini və ictimai-siyasi dairələrin nümayəndələrini Azərbaycanla bağlı açıqlamalar verərkən daha məsuliyyətli olmağa çağırıb.

News24.az xəbər verir ki, o, “Solovyov LIVE” proqramının efirində Rusiya mediasında və informasiya məkanında son vaxtlar Azərbaycana qarşı səsləndirilən təxribat xarakterli bəyanatları şərh edərkən bu fikirləri bildirib.

Qasparyan diqqətə çatdırıb ki, sərt ictimai açıqlamalar müəyyən nəticələrə səbəb ola və yeni diplomatik qalmaqallar üçün əsas yarada bilər.

“Dəfələrlə demişəm ki, ictimai-siyasi məkandakı bloqerlərimiz bəzən öz sözlərinin necə şərh olunacağı barədə düşünməlidirlər. Onlar (Rusiya bloqerləri – red.) bu cür bəyanatlar verərkən başa düşürdülərmi ki, gec-tez bunlar Bakıya çatacaq və nəticədə yenidən beynəlxalq qalmaqal yaranacaq?” – deyə Qasparyan bildirib.