Azərbaycanlı ata doğum evində qızını oğlanla dəyişib qaçdı
Dünya
İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində qəribə hadisə baş verib.
News24.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, özəl xəstəxanada qız övladı dünyaya gələn ata körpəsini oğlan uşağı ilə dəyişdirib. Daha sonra isə o, xəstəxanadan qaçıb.
Hadisə müşahidə kameraları tərəfindən qeydə alınıb. Nəticədə kimliyi açıqlanmayan ata həbs edilib və barəsində cinayət işi açılıb.