Bağça müəllimlərinin maşında unutduğu uşaq istidən ölüb
Dünya
Portuqaliyanın Almada şəhərində 18 aylıq uşaq bağçaya məxsus avtomobildə saatlarla unudulduğu üçün həyatını itirib.
News24.az xəbər verir ki, hadisə iyulun 23-də baş verib. Balaca Sofiya səhər saatlarında bağçanın mikroavtobusu ilə götürülsə də, avtomobildə unudulub. Onun yoxluğu yalnız anası axşam bağçaya gəldikdən sonra məlum olub.
Uşağı xilas etmək üçün avtomobilin şüşəsi sındırılsa da, Sofiya huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn həkimlər ürək-ağciyər reanimasiyası aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, hadisə günü havanın temperaturu 40°C-yə çatıb. Faktla bağlı araşdırma aparılır.