Bahalı avtomobil üstündə mübahisə: Öldürüb cəsədləri ət maşınında çəkdi
Dünya
Rusiyada qadın və onun 19 yaşlı qızının qətli ilə bağlı dəhşətli təfərrüatlar üzə çıxıb.
News24.az xəbər verir ki, “Mash” teleqram kanalının məlumatına görə, hadisəyə səbəb bahalı avtomobil almaqla bağlı mübahisə olub.
Məlumata əsasən, Teymuraz adlı kişi sevgilisinin qızını məşqdən götürərək qaraja aparıb. Burada onların arasında mübahisə yaranıb. Qızın bahalı “Mercedes” almaq istəməsi kişinin narazılığına səbəb olub.
İddialara görə, mübahisə zamanı kişi qıza atəş açıb. Onun öldüyünü düşündükdən sonra cəsədi qarajda gizlədib. Daha sonra isə qızın sevgilisi ilə onun adından bir müddət yazışmağa davam edib.
Kişi evə qayıtdıqdan sonra baş verənləri sevgilisinə danışıb. Daha sonra eşitdiklərindən isterik vəziyyətə düşən qadını da öldürdüyü bildirilir.
Ardınca kişinin qaraja qayıtdığı və qızın meyitini mişarla hissələrə ayıraraq torbalara yerləşdirdiyi iddia olunur. “Mash”ın məlumatına görə, o, qadının cəsədi ilə bağlı da eyni addımı atıb. Qeyd olunur ki, meyitlərin bəzi hissələri ətçəkən maşında xırdalanıb.