Bakıda ölən tələbə qızların meyiti Şri-Lankaya - GÖNDƏRİLDİ

Bakıda ölən tələbə qızların meyiti Şri-Lankaya - GÖNDƏRİLDİ Dünya
Bakıda yanğın zamanı tüstüdən boğulan 3 tələbə qızın meyitləri Şri-Lankaya göndərilib.

Bu barədə Şri-Lanka Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şri-Lankanın Tehran və Dohadakı diplomatik nümayəndəliklərinin iştirakı ilə tələbələrin meyitləri paytaxt Kolomboya çatdırılıb. 

Qeyd edək ki, yanvarın 10-da Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş vermiş yanğında Şri-Lanka vətəndaşları - 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayukidir tüstüdən boğularaq ölüblər. /Apa/