Balıkəsirdə yenidən zəlzələ oldu

Balıkəsirdə yenidən zəlzələ oldu Dünya

Türkiyənin Balıkəsir vilayətinin Sındırqı bölgəsində növbəti dəfə zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Təbii fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin bildirdiyinə görə, yeraltı təkan 4,3 bal gücündə olub.

Təfərrüatlar hələ ki açıqlanmayıb.