Balina dəstəsi yaxtaya hücum etdi, içindəki heyət batdı
Dünya
İspaniyanın şimal-qərb sahillərində qatil balinaların (orka) hücumu nəticəsində yelkənli yaxta batıb.
News24.az xəbər verir ki, hadisə Qalisiya bölgəsindəki Estaka-de-Bares burnu yaxınlığında baş verib. Məlumata görə, orka dəstəsi ilə qarşılaşdıqdan sonra yaxtaya su dolub və qısa müddət sonra batıb.
Gəmidə olan iki nəfər ərazidən keçən başqa bir qayıq tərəfindən xilas edilib, daha sonra isə sahil mühafizəsi onları quruya çatdırıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
İspaniya Dəniz Xilasetmə Xidmətinin məlumatına əsasən, həmin gün qatil balinalar daha üç yelkənli gəmiyə yaxınlaşıb. İki gəminin sükanı zədələnsə də, onlar limana çata bilib. Digər yaxta isə xilasedicilərin müşayiəti ilə sahilə gətirilib.
Hadisədən sonra sahil mühafizəsi dənizdə yanacaq və ya digər çirklənmənin olub-olmadığını araşdırmaq üçün ərazidə yoxlama aparıb.