Balıq ovu üçün qurd axtaran qadın sərvət tapdı

Balıq ovu üçün qurd axtaran qadın sərvət tapdı Dünya

İsveçdə balıq ovu üçün qurd axtaran qadın təsadüfən 24 100 gümüş sikkədən ibarət tarixi xəzinə aşkar edib.

News24.az xəbər verir ki, Yerli "Riksantikvarieämbetet"-in məlumatına görə, tapılan xəzinəyə Vikinq dövrü və erkən orta əsrlərə aid 24 100 gümüş sikkə ilə yanaşı, 144 digər əşya da daxildir. Tapıntılar arasında qızıl örtüklü və bir neçə qızıl əşya da var.

İsveç Milli İrs Şurası xəzinənin yaxşı qorunduğunu və müstəsna tarixi əhəmiyyət daşıdığını bildirib. Mütəxəssislər hesab edirlər ki, tapıntı İsveçin erkən tarixində iqtisadiyyat, ticarət əlaqələri və sosial quruluş barədə yeni məlumatların əldə edilməsinə imkan verə bilər.

Qadın tapıntını aşkar etdikdən dərhal sonra aidiyyəti qurumlara məlumat verib və qanunvericiliyin bütün tələblərinə əməl edib.

İsveç dövləti xəzinəni satın almaq qərarına gəlib. Tapıntını aşkar edən qadına 350 min avro kompensasiya ödəniləcək.

Rəsmilər kompensasiyanın məbləğinin həm tapıntını edən şəxsin maraqlarını nəzərə almalı, həm də qanunsuz xəzinə axtarışına təşviq etməməli olduğunu bildiriblər.