Balıq tutmaq istəyən 11 yaşlı oğlana timsah hücum etdi

Balıq tutmaq istəyən 11 yaşlı oğlana timsah hücum etdi Dünya

ABŞ-də timsah ailəsi ilə balıq tutan 11 yaşlı oğlanın qolunu dişləyib.

News24.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Hadisə Umatilla şəhəri yaxınlığında baş verib.

11 yaşlı Brodi Terri çayın sahilində tutduğu balığı yenidən suya buraxarkən, gözlənilmədən iki metrlik alliqatorun hücumuna məruz qalıb.

Məktəblinin atası dərhal suya atılaraq yırtıcının çənəsini açmağa və oğlunu xilas etməyə çalışıb. Lakin alliqatorun ovunu parçalamaq üçün istifadə etdiyi "ölüm fırlanması" zamanı Brodi qolundan ağır xəsarətlər alıb.

Oğlan təcili xəstəxanaya çatdırılıb. Həkimlər onun qolunu xilas etmək üçün bir neçə əməliyyat keçirsələr də, buna nail ola bilməyiblər. Uşağın qolu amputasiya edilib.

Hazırda Brodi xəstəxanadan evə buraxılıb və reabilitasiya keçir.