Banqladeşdə qızılca can almaqda davam edir: 779 uşaq ölüb

Banqladeşdə qızılca can almaqda davam edir: 779 uşaq ölüb Dünya

Banqladeşdə son 24 saat ərzində qızılca şübhəsi ilə daha 8 uşaq həyatını itirib, bununla da epidemiya zamanı ölən uşaqların sayı 779-a çatıb.

News24.az xəbər verir ki, Səhiyyə Xidmətləri Baş İdarəsinin məlumatına görə, indiyədək 684 ölüm qızılca şübhəsi ilə qeydə alınıb, 95 ölüm isə laboratoriya müayinələri ilə təsdiqlənib.

Ölkədə son sutkada daha 974 şübhəli yoluxma aşkarlanıb və ümumi şübhəli yoluxma sayı 115 min 138-ə yüksəlib.

Qeyd edək ki, Banqladeş hökuməti aprel ayında qızılca ilə bağlı vəziyyətin ağırlaşmasından sonra təcili peyvənd kampaniyasına başlayıb.