Başından tüstü çıxan şəxs danışdı: - "Sol qulağım qopmuşdu, amma..." - FOTO - VİDEO
Dünya
Dəbilqəsini çıxardıqdan sonra başından qalxan tüstü ilə zəlzələnin simvoluna çevirilən AFAD-ın axtarış-xilasetmə könüllüsü danışıb.
News24.az xəbər verir ki, Mustafa Aydın adlı könüllünün həmin anlarda qulağının qopduğu bəlli olub.
O, zəlzələnin ilk günü Hataya gəldiyini və burada Vətənə olan borcunu yerinə yetirdiyini deyib: "Hatayda ilk iki gündə 4 könüllü dostumla eyni küçədə 7 nəfəridağıntılar altından çıxardıq. Bacardığım qədər hər kəsin köməyinə tələsirdim. Dağıntılar altında qalan Hikmət Yiğitbaşı xilas etmək üçün 11,5 saat çalışdıq. Hikməti yerdən 14,5 metr dərinlikdən çıxardıq. Şəkillərimin sosial şəbəkədə milyonlarla izlənildiyini gördüm. Düşünürəm ki, axtarış edənlər də, onlara çay-su paylayanlar da qəhrəmandır".
Zəlzələnin 10-cu günü dağıntıda işləyərkən yıxıldığını deyib: "Sol qulağım yuxarı hissəsindən qığırdaqdan qopdu. Xəstəxanaya aparıldım və qulağım yenidən yerinə tikildi. Əllərim və ayaqlarım hələ də sağlamdır. Bir gün dincəldikdən sonra zəlzələdən zərər çəkənlərə kömək etmək üçün Antakyaya gəldim. İşdən qovulana qədər buradayam". /Haber Global/
Teymur MƏMMƏDOV