Başında 195 tualet kağızı rulonunu saxladı - rekord qırdı

Başında 195 tualet kağızı rulonunu saxladı - rekord qırdı  Dünya

ABŞ sakini Devid Raş başında 195 tualet kağızı rulonunu 30 saniyə tarazlıqda saxlamaqla Ginnesin Dünya Rekordunu yeniləyib.

News24.az xəbər verir ki, Raş bu rekordu ilk dəfə 2021-ci ildə 101 rulonla qırmışdı. Daha sonra başqa bir rekordçu nəticəni 152 rulona yüksəltdikdən sonra o, rekordunu geri qaytarmağa qərar verib.

Onun sözlərinə görə, ilk cəhdi uğursuz alınıb, çünki bədəndəki ən kiçik hərəkət belə rulonlardan ibarət qüllənin dağılmasına səbəb olub.

İkinci cəhdində isə Devid Raş 195 rulondan ibarət qülləni başında 30 saniyə saxlaya bilib və bununla da dünya rekordunu yenidən öz adına yazdırıb. O, bundan sonra da nəticəsini daha da yaxşılaşdırmaq istədiyini bildirib.