Baydenin Putini təhqir etməsinə Kremldən cavab

Baydenin Putini təhqir etməsinə Kremldən cavab Dünya


ABŞ bu ölkənin prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinə qarşı növbəti hücumu ilə fəxr etməməlidir.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bayden çıxışında Putini "quldur"adlandırmışdı. Bu çıxışın Kremldə necə qarşılanması ilə bağlı suala Peskov belə cavab verib:

"Bu cür ifadələr dövlət başçılarına yarşmır Çətin ki, Amerika belə bir şeylə fəxr etsin".

Bundan əlavə, Bayden Müqəddəs Patrik Gününə həsr olunmuş çıxışında "salonda olan hər kəsi Vladimir Putinə qarşı çıxmağa"çağırdı.