"Baykar" tarix yazdı: dünya ilk dəfə belə pilotsuz təyyarə gördü

"Baykar" tarix yazdı: dünya ilk dəfə belə pilotsuz təyyarə gördü Dünya

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma” daha bir mühüm sınağı uğurla gerçəkləşdirib.

News24.az xəbər verir ki, “Kızılelma” bu dəfə “Gökdoğan” tipli hava-hava raketi ilə həyata keçirilən uçuş testindən uğurla keçib və növbəti dəfə diqqətçəkən nailiyyətə imza atıb.

“Baykar” Uçuş Təlimi və Test Mərkəzinin bölmə rəhbəri Halil Akar qeyd edib ki, ardıcıl uğurlu sınaqlardan sonra “Kızılelma” artıq hava hədəflərini vura bilən dünyanın ilk pilotsuz döyüş təyyarəsi kimi tanınır.

Məlumata görə, yüksək manevr qabiliyyəti ilə seçilən “Gökdoğan” raket sistemi 65 kilometrdən artıq məsafədəki hədəfi dəqiqliklə vurmağa imkan verir. Raket aktiv radar axtarıcısı ilə təchiz edilib və zərbə anında yüksək dağıdıcı gücə malik parçalanan döyüş başlığına sahibdir.