"BBC" Trampdan üzr istədi, amma…
Dünya
Böyük Britaniyanın “BBC” yayım şirkəti ABŞ Prezidenti Donald Trampdan onun çıxışının montaj olunmuş versiyasını nümayiş etdirdiyinə görə üzr istəyib.
News24.az xəbər verir ki, şirkət məsələ ilə bağlı rəsmi üzr istəsə də, Trampın kompensasiya tələbindən imtina edib.
Məsələ “Panorama” sənədli filmi ilə bağlıdır. Belə ki, həmin filmdə Trampın köhnə videoları yanlış montaj edilərək təqdim olunub. ABŞ Prezidenti buna cavab olaraq şirkətə qarşı iddia qaldırıb və Trampın hüquqşünasları “BBC”yə 1 milyard dollar təzminat tələbi ilə məktub göndəriblər.
Şirkət isə bildirib ki, həmin proqram yenidən efirə verilməyəcək.