BƏƏ-də raket təhlükəsi aşkarlandı
Dünya
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri ölkəyə yönələn raket təhlükəsi aşkar edib.
News24.az xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, eşidilən partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin raket təhdidlərinə qarşı həyata keçirdiyi müdaxilə və cavab əməliyyatları ilə bağlı ola bilər.
Nazirlik əhalini yalnız rəsmi mənbələrdən yayılan məlumatları izləməyə çağırıb. Bildirilib ki, ölkənin təhlükəsizliyi və suverenliyinin qorunması üçün bütün təhdidlərə qarşı tam hazırlıq vəziyyəti təmin edilib.