BƏƏ-də zəncirvari qəza oldu, 14 nəfər öldü

BƏƏ-də zəncirvari qəza oldu, 14 nəfər öldü Dünya

BƏƏ-nin Füceyrə əmirliyində zəncirvari qəza baş verib.

News24.az BƏƏ-nin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, qəza ümumilikdə 23 nəqliyyat vasitəsinin toqquşması ilə baş verib.

Nəticədə 14 nəfər ölüb, 30-dan çox insan xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.