Belarus BMT-ni tənqid etdi

Belarus BMT-ni tənqid etdi Dünya

Belarusun xarici işlər naziri Maksim Rıjenkov Birləşmiş Millətlər Təşkilatının (BMT) fəaliyyətindən narazılığını bildirib.

News24.az xəbər verir ki, Rıjenkov “RİA Novosti”-yə açıqlamasında BMT-də çox danışıldığını, lakin az hərəkət edildiyini deyib.

Nazirin sözlərinə görə, münaqişələrin artmasının səbəblərindən biri onları dayandıra biləcək beynəlxalq qüvvənin olmamasıdır.

Rıjenkov BMT-nin beynəlxalq münaqişələrin həllində daha fəal rol oynamalı olduğunu vurğulayıb.