Belarus hərbi qulluqçuları təlimlər üçün Rusiyaya uçdu
Dünya
Belarusun Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Hava Qüvvələrinin hərbçiləri birgə əməliyyat-taktiki canlı atəş təlimlərində iştirak etmək üçün Rusiyaya gediblər.
News24.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin Telegram kanalı məlumat yayıb.
Təlimlər Həştərxan vilayətindəki Aşuluk poliqonunda baş tutacaq. Hərbçilərin “hissələrin ahəngdarlığının səviyyəsini yüksəldəcək, həmçinin zenit və hava döyüşlərinin aparılmasının yeni taktika və üsullarını tətbiq edəcəyi” planlaşdırılıb.
Belarus qırıcılarının olduğu İl-76MD hərbi-nəqliyyat təyyarəsi artıq Rusiya Federasiyasında havaya qalxıb.
Belarus Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunları komandirinin müavini, polkovnik Mixail Matrosovun sözlərinə görə, onlara 4 minə yaxın hərbi qulluqçu və 150 texnika cəlb olunacaq.
Məryəm İlhamqızı