Belarus Ukrayna ilə sərhəddə yeni desant briqadası formalaşdırır
Dünya
Belarus Ukrayna ilə sərhəddə, Qomel yaxınlığında yeni 37-ci desant-hücum bölməsinin formalaşdırılmasını başa çatdırır.
News24.az xəbər verir ki, bu barədə Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Aleksandr İlyukeviç Müdafiə Nazirliyinin "VoenTV" telekanalının efirində bildirib.
"Biz artıq hərbi hissələrin formalaşdırılmasına başlamışıq, bir batalyon hazırdır. Bu il daha bir batalyon, döyüş təminatı bölmələri, artilleriya, zenit və kəşfiyyat hissələri formalaşdıracağıq", - o qeyd edib.
Yeni briqadaya artıq zabitlər cəlb olunub və şəxsi heyət çağırılıb.
Qeyd edək ki, Belarusun cənubunda, Qomel yaxınlığında yeni briqadanın formalaşdırılmasına başlanılması barədə 2025-ci ilin avqustunda məlumat verilmişdi.