Belçikada tələbələr yenidən etiraz etdi: 10 nəfər saxlanıldı
Dünya
Belçikanın Lyej şəhərində tələbələrin təhsil sistemindəki dəyişikliklərə qarşı keçirdiyi etiraz aksiyalarında 10 nəfər saxlanılıb.
News24.az xəbər verir ki, nümayişlər şəhərdəki müxtəlif məktəblərin qarşısında keçirilib.
Etirazçılar təhsil şəraitinin yaxşılaşdırılmasını, siniflərin azaldılmasını, müəllim sayının artırılmasını və şagirdlərlə valideynlərin qərarvermə prosesində daha çox iştirakını tələb ediblər.
Bir neçə yüz tələbə məktəblərin qarşısında toplaşıb. Aksiya zamanı atəşfəşanlıq və yumurta atılıb, bəzi məktəblərin girişləri zibil qutuları ilə bağlanıb.
Yanğınsöndürənlərin məlumatına görə, bəzi skuterlər də yandırılıb. Etirazlar səbəbindən şəhərin bəzi küçələrində nəqliyyatın hərəkəti də məhdudlaşıb.