Belçikanın Baş naziri istefa ərizəsini krala təqdim etdi
Dünya
Belçikanın Baş naziri Bart De Vever hökumətin büdcə danışıqlarında razılığa gələ bilməməsindən sonra istefa ərizəsini Kral Filipə təqdim edib.
News24.az xəbər verir ki, Belçika Kral Sarayı Kral Filipin baş naziri qəbul etdiyini açıqlayıb.
Bildirilib ki, kral istefa ilə bağlı qərarını hələlik təxirə salıb. O, sabahdan etibarən koalisiyaya daxil olan partiyaların liderləri ilə məsləhətləşmələr aparacaq.