Belçikanın müdafiə nazirindən sərt açıqlama: "Biz onu xəritədən silərik"

Belçikanın müdafiə nazirindən sərt açıqlama: "Biz onu xəritədən silərik" Dünya

Belçikanın müdafiə naziri Theo Francken “De Morgen” qəzetinə verdiyi müsahibədə Rusiya ilə bağlı sərt bəyanatlar səsləndirib.

News24.az xəbər verir ki, o, Rusiyanı təhdid edərək, atacağı addımların çox ciddi nəticələri olacağını bildirib.

“Moskva Brüsselə hücum edərsə, biz onu xəritədən silərik", – deyə Frankken NATO-nun gücünə və birliyinə işarə edib. O, Brüsseli NATO-nun ürəyi olduğunu vurğulayıb və “Rusiya prezidenti Vladimir Putinin Brüsselə hücum edəcəyindən narahatsınızmı?” sualına “xeyr” cavabını verib. ABŞ prezidenti Donald Trampın NATO-nun 5-ci maddəsinə sadiqliyinə dair suala cavab verən Frankken qeyd edib:

“Əlbəttə ki, edəcək. Avropada Amerika hökumətinə qarşı qərəz böyükdür. Tramp NATO müttəfiqlərini yüz faiz dəstəkləyəcəyini dəfələrlə təsdiqləyib”.

Frankken həmçinin vurğulayıb ki, Putin Brüsselə raket atmağa cəsarət etməz, çünki bu, NATO-nun birbaşa cavabını doğurar.