Ben Ladenin oğlu öldü

Ben Ladenin oğlu öldü Dünya
Usama Ben Ladenin oğlu Həmzə Ben Laden ölüb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmiləri məlumat verib. Buna baxmayaraq Amerika prezidenti Donald Tramp yayılan məlumat haqda şərh vermək istəməyib. 

Qeyd edək ki, Əl-Qaidə terror təşkilatı sonuncu dəfə 2018-ci ildə Həmzə Ben Ladenin təhdid dolu görüntülərini yaymışdı.