Berluskoninin qalmaqallı mülkünü o aldı
Dünya
İtaliyanın sabiq baş naziri Silvio Berluskoniyə məxsus Sardiniyadakı məşhur villa Qətər şeyxi Hamad bin Cassim bin Caber Al Tani tərəfindən satın alınıb.
News24.az xəbər verir ki, Al Tani mülk üçün 350 milyon avro ödəyəcək. Halbuki Berluskoninin varisləri əvvəlcə villanı təxminən 500 milyon avroya satmağı planlaşdırırdılar.
Sardiniya adasında, Porto-Rotondo körfəzinə mənzərəsi olan villa uzun illər Berluskoninin qeyri-rəsmi yay iqamətgahı və qalmaqallı məclislərinin keçirildiyi məkan kimi tanınıb.
Həmin məclislər sabiq baş nazir ətrafında aparılan məhkəmə araşdırmalarının bir hissəsinə çevrilib. Qeyd edək ki, Berluskoni məhkəmədən bəraət alıb
120 hektar ərazini əhatə edən malikanədə yeddi hovuz, süni vulkan, amfiteatr, nadir orxideya növlərinin yetişdirildiyi istixanalar və ümumilikdə 126 otaqdan ibarət 4500 kvadratmetrlik yaşayış sahəsi mövcuddur.
Berluskoni müxtəlif illərdə burada Corc Buş, Toni Bler və Vladimir Putin kimi dünya liderlərini qəbul edib.