Bəşər Əsəd indi haradadır?

Bəşər Əsəd indi haradadır? Dünya

Suriyanın sabiq prezidenti Bəşər Əsəd 2024-cü ilin dekabrında Rusiyaya qaçıb. Bu, müxalif qüvvələrin Şaraanın rəhbərliyi ilə Əsəd ailəsinin yarım əsrlik hakimiyyətinə son qoymasından sonra baş verib.

News24.azReuters”ə istinadla xəbər verir ki, Moskva Əsəd, onun həyat yoldaşı və övladlarına siyasi sığınacaq verib. Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ay bildirib ki, Əsədin həyatı təhlükədə olduğuna görə ona sığınacaq təklif olunub.

Rusiya mediasına görə, Əsəd ailəsi hazırda Moskvada sakit şəkildə yaşayır.

Xatırladaq ki, Rusiya Suriyada təxminən 14 il davam edən vətəndaş müharibəsi boyunca Əsədin əsas müttəfiqi olub və 2015-ci ildən etibarən hava hücumları ilə Dəməşqi dəstəkləyib.

Məlumata görə, Şaraa Kremlə Əsədin Suriyaya təhvil verilməsi barədə rəsmi müraciət təqdim etməyi planlaşdırır, lakin müşahidəçilər hesab edir ki, Rusiya öz sabiq müttəfiqlərini qorumaqla fəxr edir və Əsədin Dəməşqə təhvil verilməsinə razılıq verməsi real görünmür.