Beyin əməliyyatından sonra insanları pişik kimi görür - FOTO
Dünya
ABŞ-də 28 yaşlı Karl adlı kişi beyin əməliyyatından sonra nadir görmə pozuntusu ilə üzləşib.
News24.az xəbər verir ki, o, insanların simasında pişik gözləri və digər üz cizgilərini görməyə başlayıb.
Kişidə bu dəyişiklik iki il əvvəl keçirdiyi əməliyyatdan sonra yaranıb. Həkimlər beyin qanamasına səbəb ola biləcək anormal damar şişini aradan qaldırmaq üçün onun sağ gicgah payının bir hissəsini çıxarıblar.
Əməliyyatdan sonra Karl insanların üzündə pişiyi Lunanın gözlərini, iri bəbəklərini və tüklərindəki zolaqları görməyə başlayıb.
Maraqlıdır ki, gün ərzində ilk gördüyü üz onun sonrakı vizual qavrayışına təsir edir. Bu vəziyyət bəzən bir neçə saat, bəzən isə bütün gün davam edir.
Alimlər hadisəni yaddaş və üz qavrayışı ilə əlaqələndirirlər.
Tədqiqatçılar süni intellekt vasitəsilə kişinin gördüyü qeyri-adi görüntüləri də canlandırıblar.