Beyonsa qarşı - MİLYONLUQ OĞURLUQ

Beyonsa qarşı - MİLYONLUQ OĞURLUQ Dünya
Naməlum şəxslər Los-Ancelesdə yerləşən anbardan amerikalı məşhur müğənni Beyonsun 1 milyon dollarlıq əşyalarını oğurlayıblar.

News24.az xəbər verir ki, bu barədə TMZ polis idarəsindəki mənbələrə istinadən məlumat yayıb. 

Oğrular ifaçının əşyalarının olduğu anbara ay ərzində iki dəfə daxil olublar. Anbarların müğənninin "Parkwood Entertainment" prodüser şirkəti tərəfindən icarəyə götürülməsinə baxmayaraq, oğurlanan bütün əşyaların ifaçıya aid olduğu bildirilir.

Oğrular Beyonsn bahalı əl çantalarını və paltarları oğurlayıblar. Həmçinin müğənninin stilistlərinə aid əşyalar da oğurlanıb.