Bill Qeytsdən qorxudan xəbərdarlıq: “1 milyard insan ölə bilər”

Bill Qeytsdən qorxudan xəbərdarlıq: “1 milyard insan ölə bilər” Dünya

"Microsoft"un qurucularından olan Bill Qeyts süni intellektin mümkün təhlükələri ilə bağlı ciddi xəbərdarlıq edib.

Qeyts süni intellekt sahəsinin yalnız şirkətlərin öz nəzarəti ilə tənzimlənməsinin kifayət etmədiyini deyib və ABŞ Konqresinin bu sahədə qanunvericiliklə prosesə müdaxilə etməli olduğunu bildirib.

"NBC News"un “Meet the Press” proqramına müsahibəsində Qeyts qeyd edib ki, süni intellekt sahəsində təhlükəsizlik tədbirləri və nəzarət mexanizmləri qanunla məcburi şəkildə müəyyənləşdirilməlidir. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları və siyasətçilər hansı təhlükəsizlik tədbirlərinin görülməsi və nəzarət mexanizmlərinin necə tətbiq olunması məsələsində müzakirələrə cəlb edilməlidir. Qeyts hesab edir ki, yeni qaydalar şirkətlər üçün müəyyən xərclər yarada bilər, lakin bu, süni intellekt sahəsindəki inkişafı ciddi şəkildə ləngitməyəcək. Dominos pizza

Bill Qeyts süni intellektdən yaranan təhlükələrin yalnız gələcəkdə baş verə biləcək ehtimallarla məhdudlaşmadığını vurğulayıb. O bildirib ki, texnologiya pis niyyətli şəxslərin əlinə keçərsə, böyük miqyasda fəsadlara səbəb ola bilər. Qeytsin sözlərinə görə, süni intellekt 1 milyard insanın ölümünə gətirib çıxara biləcək hadisələri tətikləyəcək qədər güclü ola bilər. O, həmçinin süni intellektin bir neçə il ərzində bütün bəşəriyyətin məhvinə səbəb ola bilməsi ehtimalının da nəzərdən qaçırılmamalı olduğunu deyib.

Qeytsin açıqlamaları ABŞ-də böyük süni intellekt şirkətlərinin texnologiyanı inkişaf etdirmə sürəti ilə bağlı müzakirələrin artdığı bir vaxta təsadüf edib. /Yeni Sabah/