Bir az toz, bir balaca dəsmal və yox olan incəsənət – Foto

Bir az toz, bir balaca dəsmal və yox olan incəsənət – Foto Dünya

Tayvanda baş verən qəribə hadisə incəsənət dünyasında böyük səs-küyə səbəb olub.

News24.az xəbər verir ki, muzeylərin birində xadimə olaraq çalışan işçi məşhur rəssam Çen Sun-Çinin “Inverted Syntax — 16” adlı əsərini təsadüfən məhv edib.

Əsər tozla örtülmüş güzgü və üzərindəki parçadan ibarət idi. Bu instalyasiya orta sinfin təhrif olunmuş özünüdərkinin rəmzi kimi təqdim olunurdu.

Muzeydə növbə çəkən təmizlikçi əsəri kirlənmiş güzgü zənn edərək onu səliqə ilə silib. Bununla da əsərin əsas ideyası – “tozun və izlərin mənası” tamamilə yox olub.

Muzey rəhbərliyi hadisəni böyük məyusluqla qarşılayıb və təmizlikçiyə qarşı cəza tətbiq edilməyəcəyini, lakin eksponatların ətrafında xəbərdarlıq nişanlarının artırılacağını bildirib.

Bir az toz, bir balaca dəsmal və yox olan incəsənət – Foto Bir az toz, bir balaca dəsmal və yox olan incəsənət – Foto