Bir-bir sadaladı - “Belə bir şey olsa, İran bu bölgələrdə...”
Dünya
Fələstin dövlətinin yaradılması İranın bir sıra Yaxın Şərq ölkələri, o cümlədən Qəzza və Livanda hərbi bazalarının qurulmasına səbəb ola bilər.
News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu İsrail xarici işlər naziri İsrael Katz deyib.
“İran və HƏMAS Fələstin probleminin həllini öz üzərinə götürüb. Fələstin dövlətinin yaradılması Qəzza, Yəhudeya və Samariyada, eləcə də Livan, Yəmən, Suriya və İraqda İran bazalarının qurulması demək olardı ki, bu da İsrailin yaşayış məntəqələri, hava yolları, gəmiçilik və iqtisadi mərkəzləri üçün təhlükə yaradacaq. Bunu ödəyə bilmərik”, - ölkənin baş diplomatı vurğulayıb.