Bir fayl ilə "iPhone 18 Pro"-nun təhlükəsizlik sistemi sındırıldı

Bir fayl ilə "iPhone 18 Pro"-nun  təhlükəsizlik sistemi sındırıldı Dünya

Kibertəhlükəsizlik üzrə “Calif” tədqiqat qrupu iOS sisteminin ən sərt qoruma funksiyası olan “Lockdown” rejimi aktivləşdirilmiş “iPhone 18 Pro” modelinin müdafiəsini keçə bilib.

News24.az xəbər verir ki, smartfona “AirDrop” fayl paylaşma xidməti vasitəsilə zərərli PDF faylı göndərilib.

Telefon sahibi faylı qəbul etdikdən sonra iOS-un sistem məhdudiyyətlərini aradan qaldıran “jailbreak” prosesi işə düşüb. Daha sonra həmin “iPhone”-a iOS 27.2 yeniləməsi quraşdırılır. Telefon yenidən başladıldıqdan sonra da sındırılmış vəziyyətdə qalır, halbuki parametrlərdə sistemin ən son versiyasının quraşdırıldığı göstərilir.

“Calif” komandası texniki təfərrüatları açıqlamayıb. Hücum zamanı hansı boşluqlardan istifadə edildiyi məlum deyil.