Bizi çox çətin günlər günlər gözləyir – - Zelenskidən qorxudan AÇIQLAMA
Dünya
Zelenski, Qranadadakı AST iclas zalının girişində jurnalistlərə verdiyi qısa açıqlamada, "Bizi çox çətin bir qış gözləyir” deyə bildirib.
News24.az-ın "Haberglobal"-a istinadən məlumatına görə, Zelenski bildirib ki, qış boyu Rusiyadan çoxlu hücumlara məruz qalacayıq.
Rusiya Avropa üçün təhlükəli ölkədir. Buna görə də, çox sayda hava hücumundan müdafiə sistemlərimiz var.
Ukrayna prezidenti ABŞ-ın daxili siyasətində baş verən proseslərlə bağlı suala da belə cavab verib: "ABŞ prezidenti (Co) Baydenlə görüşümdə o, bizi 100 faiz dəstəklədiyini söyləyib.
ABŞ-da Konqresin hər iki tərəfi bizi dəstəkləyir.
Digər tərəfdən, AST toplantısına ev sahibliyi edən İspaniyanın baş naziri Pedro Sançes bugünkü görüşlərdə Ukraynaya dəstək və birlik mesajı verməyə davam edəcəklərini və Zelenski ilə ikitərəfli görüş keçirəcəklərini bildirib.
Qeyd edək ki, Qranadada keçirilən birgünlük AST iclasında 27 Avropa İttifaqı (Aİ) üzvü və 17 Avropa ölkəsinin liderləri iştirak edib.
Ülkər ABDURAHMANLI