"Bizi hakimiyyətdən uzaqlaşdırın və meydanda asın" - Paşinyan
Dünya
“Əgər Ermənistan vətəndaşları Köçəryanın, Tsarukyanın əmlakını, Serj Sarkisyanın dürüst qazandığı sərvəti qorumaq istəyirlərsə, qoy küçələrə çıxıb onları müdafiə etsinlər, bizi isə inqilab yolu ilə hakimiyyətdən devirsinlər”.
News24.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Onları gətirin, bu hökumət binasında yerləşdirin, bizi hakimiyyətdən uzaqlaşdırın və meydanda asın. Əgər Ermənistan vətəndaşları bunu istəyirlərsə, mən belə bir ssenari ilə razıyam”, - deyə Paşinyan vurğulayıb.