Bələdiyyəsi Şurasının üzvünə silahlı hücum etdi - Türkiyədə insident
Dünya
Bursada Osmangazi Bələdiyyəsi Şurasının üzvü Özlem Bodur yol hərəkəti zamanı silahlı mübahisəyə və fiziki hücuma məruz qalıb.
News24.az xəbər verir ki, hadisə dekabrın 22-də Osmangazidə baş verib.
Məlumata görə, Bodur 16 J 3745 nömrəli avtomobili ilə Acemler istiqamətində hərəkət edərkən yolda təhlükəli vəziyyət yaradan Abdullah Güngörün (16 AAB 388) avtomobilinə faralarını yandıraraq xəbərdarlıq edib.
Bu, sürücünü qəzəbləndirib və o, Bodurun avtomobilini təxminən 2 kilometr izləyib. Yol boyu davam edən təqib nəticəsində Bodur dayanmağa məcbur olub.