BMT-nin yeni Baş katibi kim olacaq?

BMT-nin yeni Baş katibi kim olacaq? Dünya

BMT-nin Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti bu ilin sonunda başa çatır. Bu səbədən sözügedən vəzifəyə namizəd olan altı şəxs BMT Baş Assambleyasında keçirilən açıq debatda iştirak edib.

News24.az xəbər verir ki, namizədlər debat zamanı BMT-nin islahatları, büdcə böhranı və beynəlxalq münaqişələrlə bağlı sualları cavablandırıblar.

Qeyd edək ki, Antonio Quterreşin ikinci beşillik səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatır.