BMT-də hər şey çıxışdan ibarət deyil: Tarixə düşən maraqlı anlar

BMT-də hər şey çıxışdan ibarət deyil: Tarixə düşən maraqlı anlar Dünya

BMT Baş Assambleyası 1946-cı ildən bəri dünya liderlərinin iştirakı ilə keçirilən iclaslarla yanaşı, maraqlı hadisələrlə də yadda qalıb.

News24.az xəbər verir ki, bu sırada liderlərin uzun çıxışları, qeyri-adi davranışları və digər diqqətçəkən məqamlar var.

Məsələn, 1960-cı ildə Kuba lideri Fidel Kastro nitqi ilə rekord vurub. O, 4 saat 29 dəqiqə çıxış edib.

Həmin il Sovet lideri Nikita Xruşşovun çıxışı zamanı ayaqqabısını masaya vurması da assambleyanın ən çox xatırlanan hadisələrindən biri olub.

2018-ci ildə Yeni Zelandiyanın baş naziri Casinda Ardern üç aylıq qızı Neve ilə BMT-də keçirilən tədbirdə iştirak edib. 2021-ci ildə isə BMT-nin iqlim dəyişikliyi ilə bağlı kampaniyasında “Frankie” adlı dinozavr obrazından istifadə olunub.

2024-cü ildə Haiti Keçid Şurasının prezidenti Edgard Leblanc Filsin çıxışı zamanı sürahidən su içməyə çalışması da diqqət çəkən görüntülərdən birinə çevrilib.

Assambleyanın tarixində siyasi çıxışlarla bağlı bir sıra mübahisəli və yaddaqalan hadisələr də baş verib.