BMT-dən gözlənilməz qərar: onlar sanksiyalardan azad edildi
Dünya
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti Əhməd əş-Şaraa qarşı tətbiq olunan sanksiyaları aradan qaldırıb.
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qətnamə ABŞ tərəfindən hazırlanıb və bu axşam Şuranın iclasında qəbul edilib. Sənədin lehinə 14 səs verilib, yalnız Çin bitərəf qalıb.
Şaraa ilə yanaşı, Suriyanın daxili işlər naziri Ənəs Xəttab da sanksiyalardan azad edilib.
Xatırladaq ki, bazar ertəsi Əhməd əş-Şaraa və ABŞ Prezidenti Donald Tramp arasında görüş gözlənilir.