BMT-dən xəbərdarlıq: Süni intellektlə nəzakətli davranmayın!

BMT-dən xəbərdarlıq: Süni intellektlə nəzakətli davranmayın! Dünya

Süni intellekt sistemləri ilə ünsiyyətdə istifadə olunan “xahiş edirəm” və “təşəkkür edirəm” kimi əlavə ifadələr belə ümumi enerji sərfiyyatını artırır.

News24.az xəbər verir ki, BMT-nin yeni hesabatına görə, süni intellekt 2030-cu ilə qədər qlobal elektrik enerjisinin təxminən 3%-ni istehlak edə bilər.

Bildirilib ki, bu cür əlavə sözlərin istifadəsi belə nəzərəçarpacaq enerji xərclərinə səbəb olur və potensial olaraq Afrikada yüz minlərlə insanın illik elektrik tələbatına bərabər enerji sərfiyyatı yarada bilər.

Araşdırmada həmçinin vurğulanır ki, süni intellektin təsiri təkcə karbon emissiyaları ilə məhdudlaşmır, eyni zamanda su istehlakı, torpaq istifadəsi və elektron tullantılar kimi ekoloji faktorları da əhatə edir.