BMT: Qəzzada qadınlara qarşı zorakılıq halları artıb

BMT: Qəzzada qadınlara qarşı zorakılıq halları artıb Dünya

Qəzza zolağında qadın və qızlara qarşı zorakılıq, o cümlədən erkən və məcburi nikah halları artıb.

News24.az xəbər verir ki, BMT-nin Əhali Fondunun hesabatına görə, müharibənin yaratdığı ağır şərait qadın və qızların zorakılıqla üzləşmə riskini yüksəldib.

Hesabatda qeyd olunur ki, bu ilin ikinci rübündə erkən və məcburi nikah halları birinci rüblə müqayisədə 123 faiz artıb.

Erkən nikah hallarında 12-17 yaş arası qızlar da yer alır. Qəzzada 230 qadının ifadələrinin toplandığı digər araşdırmada isə zorakılıq hallarının geniş yayıldığı bildirilib.