BND-nin sabiq rəhbəri casusluğa görə həbs edildi

BND-nin sabiq rəhbəri casusluğa görə həbs edildi Dünya

Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş prezidenti Avqust Hanninq casusluq şübhəsi ilə həbs edilib.

News24.az xəbər verir ki, “T-online” Federal Prokurorluğun sözçüsünə istinadən məlumat yayıb.

Karlsruedəki Federal Ədalət Məhkəməsində istintaq aparan hakim 80 yaşlı Hanninq barəsində həbs qərarını təsdiqləyib.

Keçmiş BND rəhbəri və onun keçmiş aparat rəhbəri Manfred D. kəşfiyyat məlumatlarının qanunsuz ötürülməsi və dövlət sirlərinin açıqlanması ilə bağlı araşdırılır.

İstintaqa görə, Manfred D. məxfi sənədlər də daxil olmaqla təxminən 2000 kəşfiyyat sənədini ödəniş müqabilində Hanninqin şirkətinə ötürüb.

Hanninqin kəşfiyyat fəaliyyətində, dövlət sirlərinin açıqlanmasında və dövlətə xəyanət cəhdində ittiham olunduğu bildirilir.